Bank Of Baku

Samuxda 43 yaşlı qadın, oğlu və daha 1 nəfər bıçaqlanıb, saxlanılan var - YENİLƏNİB-1

Samuxda 43 yaşlı qadın, oğlu və daha 1 nəfər bıçaqlanıb, saxlanılan var - YENİLƏNİB-1
# 07 noyabr 2023 19:48 (UTC +04:00)

DİN Samuxda baş verən insident barədə məlumat yayıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, Samux Rayon Polis Şöbəsinə rayonun Çobanabdallı kənd sakini 2001-ci il təvəllüdlü Ayxan Nəbiyev və anası A. Nəbiyevanın daxilə keçən kəsilmiş-deşilmiş, 1960-cı il təvəllüdlü Xaliq Həsənovun isə ayaq nahiyəsindən kəsici alətlə xəsarət almaları barədə məlumat daxil olub.
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1982-ci təvəllüdlü Fədail Quliyev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

19.08

Samuxda baş verən insident zamanı 3 nəfər bıçaqlanıb, hadisəni törədən şəxs özünə də xəsarət yetirib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə qonuşlar arasında şəxsi münaqişə zəmnində baş verib. Hadisəni 1982-ci il təvəllüdlü Quliyev Fədail Vaqif oğlunun törətdiyi bildirilir. O, 43 yaşlı Aynur Nəbiyeva və onun oğlu 22 yaşlı Ayxan Nəbiyevi, 1960-cı il təvəllüdlü Həsənov Xaliq Zaman oğluna bıçaq xəsarətləri yetirib.

Daha sonra özünü bıçaqlayıb.

Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub.

***

18.31

Samuxda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb.

43 yaşlı Aynur Nəbiyeva və onun övladı 22 yaşlı Ayxan Nəbiyev bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Onlar əməliyyat ediliblər.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR