Bank Of Baku

Sədərəkdə avtomobil yanıb - YENİLƏNİB - VİDEO

Sədərəkdə avtomobil yanıb - YENİLƏNİB  - VİDEO
# 31 oktyabr 2023 13:59 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Sədərək kəndi ərazisində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Sədərək Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində "Volqa” markalı minik avtomobilinin mühərrik bölməsində baş vermiş yanğın qısa müddətdə söndürülərək avtomobilin digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində avtomobilin mühərrik bölməsində bəzi detallar və sürücü panelinin bir qismi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

***

13.27

Sədərək rayonunda minik avtomobili yanıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, yanğın Sədərək rayonunun Sədərək kəndində qeydə alınıb.

Dərhal hadisə yerinə Sədərək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub, minik avtomobilində yanğın dərhal söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR