Şəkidə iki minik avtomobili toqquşub, xəsarət alan var.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki şəhəri ərazisində baş verib. 1986-cı il təvəllüdlü Şəki sakini Həsən Şakir oğlu Əlifovun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə Yunus Məhəmməd oğlu Nadirzadənin idarə etdiyi “Chevrolet” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı "VAZ 2107" markalı avtomobilin sürücüsü H. Əlifov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.