Bank Of Baku

Şəmkirdə həmkəndlisini öldürən şəxsin məhkəməsi başlayır

Şəmkirdə həmkəndlisini öldürən şəxsin məhkəməsi başlayır
# 04 noyabr 2023 17:30 (UTC +04:00)

Həmkəndlisini qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Şəmkir rayon prokurorluğundan APA-ya verilən məlumata görə, iyulun 16-da Şəmkir rayon sakini Fikrət Bağırovun qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla İdris Alıyevin həmkəndlisi Fikrət Bağırovu sonuncunun yaşadığı, rayonun İrmaşlı kəndində yerləşən fərdi yaşayış evinin qarşısında bıçaqla xəsarət yetirərək xuliqanlıq niyyəti ilə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İdris Alıyevə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR