Bank Of Baku

Şəmkirdə soyuducu anbarda yanğın olub

Şəmkirdə soyuducu anbarda yanğın olub
# 05 noyabr 2023 09:19 (UTC +04:00)

Şəmkirdə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Bayramlı kəndində qeydə alnıb.

Kənd sakini Şakir Yunisova məxsus ümumi sahəsi 700 kv.m olan soyuducu anbarında anidən yanğın olub. Dərhal hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı anbarın 30 kv m yanıb. Yanğın söndürülüb, anbarın qalan hissəsi mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğın baş vermə səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR