Şirvanda dəmiryoluna çıxan qadını qatar vurub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərinin mərkəzində qeydə alınıb.
Xəsarət alan qadın Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı xətt polisi tərəfindən araşdırma aparılır.