Bank Of Baku

Supermarketdə içkiləri sındırmağa görə tutulan şəxs özünü qismən təqsirli bilib

Supermarketdə içkiləri sındırmağa görə tutulan şəxs özünü qismən təqsirli bilib
# 20 noyabr 2023 17:24 (UTC +04:00)

Bakının Yasamal rayonunda yerləşən supermarketlərin birində spirtli içkiləri sındırmaqda təqsirləndirilən İkram Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttiham aktında deyilir ki, İkram Hüseynov 2023-cü ilin də iyun ayında Yasamal rayonu ərazisində yerləşən "Bravo" supermarketinə daxil olaraq orada spritli içkilərin olduğu bölümdə müxtəlif adlı və müxtəlif qiymətdə spritli içkilərə ziyan vurub. Saxlanılandan sonra polis bölməsində İkram Hüseynovun üzərinə baxış zamanı onun cibində 7 qram heroin aşkarlanıb.

İkram Hüseynova Cinayət Məcəlləsinin 234.1.1-ci və 186.1-ci maddələri ilə ittiham verilib.

İkram Hüseynov məhkəmədə 186.1-ci maddə üzrə özünü təqsirli bildiyini, 234.1.1 maddə üzrə təqsirsiz olduğunu deyib.

Proses dekabrın 11-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə bu ilin iyun ayında Yasamal rayonu ərasizindəki supermarketlərin birində baş verib. Marketə gələn şəxs orada olan spirtli içkiləri “haramdır” deyib, sındıraraq ticarət obyektinə 9 min manata yaxın ziyan vurub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində başqasının əmlakını qəsdən məhv etməkdə şübhəli bilinən İkram Hüseynov saxlanılıb və ona qarşı ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR