Bank Of Baku

Təşkilat Komitəsi Şamaxıda hava şarının həyətə eniş etməsinə aydınlıq gətirib - VİDEO

Təşkilat Komitəsi Şamaxıda hava şarının həyətə eniş etməsinə aydınlıq gətirib - VİDEO
# 18 noyabr 2023 15:05 (UTC +04:00)

Son günlər sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında Şamaxıda hava şarının uçuş zamanı guya qəza enişi etməsi ilə bağlı videokadrlar yayılır.

APA xəbər verir ki, “Ballon Festivalı”nın Təşkilat Komitəsindən verilən məlumata görə, bəzi mətbuat orqanlarının və sosial şəbəkələrin reytinq və “layk” toplamaq xətrinə yaydığı bu məlumatlar heç də həqiqəti əks etdirmir.

“Bildirmək istəyirik ki, hava şarlarında uçuşlar zamanı təhlükəsizlik məsələləri Təşkilat Komitəsi üçün prioritetdir. Videokadrlarda əks olunmuş sözügedən uçuş yay aylarında baş tutub və həmin vaxt digər bir çox hava şarı kimi kadrdakı hava şarı da Şamaxıda boş sahələrdə, o cümlədən şəxsi ərazilərdə qaydalara uyğun olaraq təhlükəsiz eniş edib”, - deyə məlumatda bildiilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR