Bank Of Baku

Ucarda silah-sursat aşkarlanıb

Ucarda silah-sursat aşkarlanıb
# 17 noyabr 2023 08:31 (UTC +04:00)

Ucar rayonunda sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinə rayon ərazisində məişət tullantılarının atıldığı ərazidə müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində qeyd olunan ərazidən 1 ədəd "TOZ-8" markalı silah, 1 ədəd UZRQM partladıcı, 221 ədəd müxtəlif çaplı patron və 23 ədəd müxtəlif növ döyüş sursatının hissələri aşkarlanıb.

RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi istiqamətində keçirilən profilaktiki-nəzarət tədbirləri zamanı isə rayonun Alpout, Qaradağlı və Şahlıq kənd sakinindən ümumilikdə dörd ədəd müvafiq sənədləri olmayan ov tüfəngləri aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Ucar RPŞ-də araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR