Ucarda baş verən yol qəzasında xəsarət alanların sayı on nəfərə çatıb.
APA-nın yerli bürosunun xəbərinə görə, onlardan səkkiz nəfərin şəxsiyyəti məlumdur.
Bunlar - "Mercedes"in sürücüsü Rəşad Lətifov, onun sərnişini Bənurə adlı xanım, "Toyuta"nın sürücüsü Cəlal Cəfərov, sərnişinləri - 1968-ci il təvəllüdlü Mehparə Xudayeva, 1956-cı il təvəllüdlü Solmaz Xudayeva, Qazağıstan vətəndaşları - 2000-ci il təvəllüdlü Rutkay Ceylan, anası 1975-ci il təvəllüdlü Marqarita Ceylan və atası Türkiyə vətəndaşı 1968-ci il təvəllüdlü Riza Ceylandır.
Hələlik 2 nəfərin şəxsiyyəti dəqiqləşməyib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA nın sorğusuna cavab olaraq bildirilib ki, Ucar-Zərdab yolunun Lək kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində müvafiq araşdırmalar aparılır.
***
16:53
Ucarda 7 nəfərin xəsarəti ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Ucar-Zərdab yolunun Ucar rayonunun Lək kəndindən keçən hissəsində baş verib.
Rəşad Lətifovun İdarə etdiyi "Mercedes" və Cəlal Cəfərovun idarə etdiyi "Toyota Carolla" markalı minik avtomobilləri Sərvan Ağayevin yol kənarında saxladığı "Mercedes" markalı minik maşınına çırpılıb.
Nəticədə 7 nəfər xəsarət alıb. Onlardan ikisi Zərdab Mərkəzi Rayon Xəstəxanasına, beşi isə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.