Xaçmaz polisinə 3 sənədsiz silah təhvil verilib

Xaçmaz polisinə 3 sənədsiz silah təhvil verilib
# 20 noyabr 2023 22:38 (UTC +04:00)

Xaçmaz polisinə bu gün 3 ədəd sənədsiz silah təhvil verilib

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbirlər zamanı bu gün ərzində polis əməkdaşları tərəfindən 3 ədəd müxtəlif növ tüfəng təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR