Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.
APA-nın məlumatına görə, proses hakim Əlisultan Osmanovun sədrliyi ilə qapalı keçirilib.
R. Mirqədirovun vəkili Fuad Ağayev APA-ya açıqlamasında məhkəmə istintaqının başlandığını və məhkəmənin gedişindən narazı olmadıqlarını deyib. Vəkil bugünkü proses barədə əlavə məlumat verməyib.
Proses noyabrın 25-də davam etdiriləcək.