Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən “Şıxlı” sərhəd nəzarət məntəqəsində Azərbaycan Respublikasından Gürcüstana gedən ölkə vətəndaşı, Ağstafa rayonunun Zəlimxan kənd sakini Mamazadə Kamal Paşa oğlunun idarə etdiyi “Mercedes” markalı, 90-CH-370 nömrəli avtomaşına sərhəd baxışı zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən ümumilikdə 3 219 600 rus rublu (təsminən 51 min dollar) aşkarlanaraq saxlanılıb.
Bu barədə məlumatı APA-ya Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib. Əməliyyat-İstintaq tədbirləri davam etdirilir.