Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda 54 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Abşeron Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə hadisə Mehdiabad-Novxanı yolunda “TOS OİL” yanacaqdoldurma məntəqəsinin yanında qeydə alınıb.
“Qayalar” MMC şirkətinin işçisi, 1959-cu il təvəllüdlü Əhməd Cənnət oğlu Dadaşov su çəkilişi zamanı ərazidə olan xəndəyə düşərək vəfat edib.
Faktla bağlı araşdırma aparılır.