Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.
Əməliyyat saat 19:30-da başa çatıb.