Bakı - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhəri, Kür çayında (ən yaxınlıqdakı məntəqədən 15 km aralıda nəzarətsiz ərazidə) azyaşlının qayıqdan suya sürüşüb düşməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, azyaşlı Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasedicisi tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.