Gəncədə intihar hadisəsi baş verib. APA-nın verdiyi məlumata görə, şəhərin Gülüstan qəsəbəsində yaşayan 1938-ci il təvəllüdlü Məhərrəmov Əşrəf Məhəmmədəli oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Onun hansı səbəbdən özünü öldürdüyü məlum deyil.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.