Naftalanda iki avtomobilin toqquşması nəticəsində baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, VAZ-2106 və VAZ-21015 markalı avtomobillərin toqquşması nəticəsində Naftalan şəhər sakinləri - 1989-cu il təvəllüdlü Məmmədov Novruz Zabit oğlu, 1995-ci il təvəllüdlü Şərifov Nicat Akif oğlu və 1989-cu il təvəllüdlü Əliyev Yalçın İsmayıl oğlu xəsarət alaraq Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
*** 19.00
Naftalanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, VAZ-2106 ilə VAZ-21015 markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər müxtəlif bədən xəsarətləri alaraq Goranboy rayon Mərkəzi xəstəxanaya yerləşdirilib.
Onlara tibbi yardım göstərilib. Bir nəfərin vəziyyəti ağır, digərlərinin isə kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.