Bu gün səhər saatlarında Xaçmaz şəhərində Mərkəzi bazarın qarşısında vətəndaşlara məxsus bir-birinə bitişik tikilmiş ümumi sahəsi 242 m2 olan 4 mağazanın yanar konstruksiyaları 170 m2 sahədə yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bitişik mağazalar və bazar yanğından mühafizə olunub.
Yanğın saat 07:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.