Bank Of Baku

Xırdalanda ata və oğlu bıçaqlanıb - YENİLƏNİB

Xırdalanda ata və oğlu bıçaqlanıb - YENİLƏNİB
# 24 noyabr 2023 14:39 (UTC +04:00)

Xırdalanda bıçaqlanan ata və oğlunun vəziyyəti açıqlanıb.

Abşeron Rayon Mərkəzi Xəstəxanasından APA-nın yerli bürosuna verilən xəbərə görə, noyabrın 23-də saat 00:30 radələrində bıçaqlanma səbəbilə 2 vətəndaş xəstəxanaya yerləşdirilib. Hər iki şəxsə zəruri tibbi xidmətlər göstərilib. 1967-ci il təvəllüdlü (kişi cinsli) pasiyentə sağ budun orta 1/3-nin deşilmiş, kəsilmiş yarası, 1995-ci il təvəllüdlü (kişi cinsli) pasiyentə sol kürək nahiyəsinin plevra boşluğunu dəlib keçən deşilmiş, kəsilmiş yara, pnevmotoraks diaqnozu qoyulub.

1967-ci il təvəllüdlü pasiyent ambulator müalicə üçün evə buraxılıb, 1995-ci il təvəllüdlü şəxs isə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

***

09.55

Noyabrın 23-də gecə saatlarında Xırdalan şəhərində ata və oğluna kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini Ramal Zamanov saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR