Bank Of Baku

Yardımlıda dərədən silah-sursat aşkarlanıb - FOTO

Yardımlıda dərədən silah-sursat aşkarlanıb - FOTO
# 24 noyabr 2023 08:43 (UTC +04:00)

Yardımlı Rayon Polis Şöbəsinə rayonun Telavar kəndi ərazisindəki dərədən silah-sursat tapılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə torbanın içərisindən 1 ədəd "AKS-74U" markalı avtomat, həmin silaha aid 5 ədəd daraq, 2 ədəd əl qumbarası, 504 ədəd müxtəlif çaplı patronlar aşkarlanaraq götürülüb.

Bundan əlavə, Yardımlı RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi istiqamətində aparılan əməliyyat tədbirləri nəticəsində 5 nəfər rayon sakinindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR