Bank Of Baku

Zaqatalada ötən ilin mayında itən hindistanlı turistin axtarışları Dağıstanda davam etdirilir

Manikanth Kondaveeti

© APA | Manikanth Kondaveeti

# 24 noyabr 2023 14:05 (UTC +04:00)

2022-ci ildə Zaqatalada yüksək dağlıq ərazidə itkin düşən hindistanlı turistin axtarışları Rusiya ərazisində davam etdirilir.

APA-nın şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu barədə itkin düşən Manikanth Kondaveetinin valideynləri məlumat verib.

Məlumata görə, 1993-cü il təvəllüdlü Hindistan vətəndaşı Manikanth Kondaveetinin axtarışlarına Rusiya Fedarasiyasının hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda axtarışlar Azərbaycan-Rusiya sərhədinin əks tərəfində, Dağıstan ərazisində gedir.

Qeyd edək ki, Hindistan vətandaşı Manikanth Kondaveeti 2022-ci ilin may ayının 12-də Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonu ərazisindən keçən hissəsinin yüksək dağlıq meşəlik ərazisində itkin düşüb. Azərbaycan ərazisində onunla bağlı uzun müddət axtarışlar aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR