Bank Of Baku

Antiterror tədbirlərində yaralanan polis şəhid olub

Antiterror tədbirlərində yaralanan polis şəhid olub
# 06 oktyabr 2023 11:52 (UTC +04:00)

Qarabağda keçirilən lokal antiterror tədbirlərində ağır yaralanan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polis nəfəri Əzizbəy Etibar oğlu Muradov şəhid olub.

APA xəbər verir ki, onun bu gün dünyasını dəyişdiyi bildirilir.

Şəhidin dəfn mərasimi Sabirabad rayonunun Ulacalı kəndində olacaq.

Məlumata görə, Əzizbəy Muradovun musiqi təhsili də olub. O, 44 günlük Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə piano və qarmonda ifaları ilə məşhurlaşıb.

Əzizbəy Muradov Vətən müharibəsindən sonra "Cəbrayılın azad olunmasına" görə medalı ilə təltif edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR