Bank Of Baku

Azad edilən ərazilərdə daha 19 mina aşkarlanıb

Azad edilən ərazilərdə daha 19 mina aşkarlanıb
# 18 sentyabr 2023 15:41 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, sentyabrın 11-dən 17-dək Tərtər, Ağdam, Xocavənd, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 11, tank əleyhinə 8 mina və 34 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Bildirilib ki, 195, 7 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR