Bank Of Baku

Azad edilən ərazilərdə daha 21 mina aşkarlanıb

Azad edilən ərazilərdə daha 21 mina aşkarlanıb
# 10 iyul 2023 18:31 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, 3-8 iyul tarixlərində Tərtər, Ağdam, Xocavənd, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2, tank əleyhinə 19 mina və 39 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Bildirilib ki, 271.82 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR