Bank Of Baku

Azad edilmiş ərazilərdə bu il 19 840 ha ərazi minalardan təmizlənib

Azad edilmiş ərazilərdə bu il 19 840 ha ərazi minalardan təmizlənib
# 24 iyun 2023 18:53 (UTC +04:00)

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun Zəngilan rayonunun Ağalı kəndində iclası keçirilib.

APA xəbər verir ki, iclasda bildirilib ki, minatəmizləmə əməliyyatlarına cəlb olunan qurumlar tərəfindən 2023-cü il ərzində 19 840 hektar ərazi partlayıcı qurğulardan təmizlənib, 9 150 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə layihələrinin gedişatı barədə qurumlar tərəfindən hesabatlar təqdim olunub, cari məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Zəngilan rayonuna səfər çərçivəsində İşçi qrup üzvləri Cəbrayıl rayonu ərazisində yerli şirkət tərəfindən minatəmizləmə fəaliyyəti icra edilən “Qız Qalası Suvarma kanalı” layihəsi, eləcə də ANAMA tərəfindən Zəngilan rayonunda icra edilən “Horadiz-Laçın qaz xətti” layihəsinin minalardan təmizlənməsi əməliyyatları ilə tanış olublar. Nümayəndələr icra edilən layihələrin gedişatı barədə məlumatlandırılıb, aşkar olunan mina və partlamamış hərbi sursatların partlayış yolu ilə zərərsizləşdirilməsində iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR