Azad olunmuş ərazilərdə ötən ay 689 mina aşkarlanıb

Azad olunmuş ərazilərdə ötən ay 689 mina aşkarlanıb
# 02 oktyabr 2023 16:24 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə aylıq görülən işlərlə bağlı məlumat yayıb.

ANAMA-dan APA-ya verilən məlumata görə,sentyabrın 1-dən 31-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Füzuli, Şuşa, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 242, tank əleyhinə 447 mina və 909 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Bildirilib ki, 4550.1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR