Bank Of Baku

Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəydəki mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəydəki mövqeləri atəşə tutulub
# 22 avqust 2023 13:57 (UTC +04:00)

Avqustun 22-i saat 12:00-dan 12:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli, Aşağı Şorca və Dərə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə və Gədəbəy rayonunun Daryurd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.


"Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb", məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR