Bank Of Baku

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki bölmələri atəşə tutulub

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki bölmələri atəşə tutulub
# 16 iyul 2023 08:29 (UTC +04:00)

İyulun 16-sı saat 02:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR