Bank Of Baku

Azərbaycan və İtaliya hərbi ekspertlərinin görüşü keçirilib

Azərbaycan və İtaliya hərbi ekspertlərinin görüşü keçirilib
# 05 iyul 2023 10:05 (UTC +04:00)

Azərbaycan və İtaliya Müdafiə nazirlikləri arasında imzalanan plana əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində hər iki ölkənin hərbi-mülki əməkdaşlıq (CIMIC) üzrə ekspertlərinin görüşü keçirilib.

MN-dən APA-ya verilən məlumata görə, şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri Azərbaycan Ordusunda hərbi-mülki əməkdaşlıqla bağlı həyata keçirilən tədbirlər barədə qonaqlara ətraflı məlumat verib.
Görüşdə mövzu ilə bağlı brifinqlər təqdim olunub, hərbi-mülki əməkdaşlıq sahəsində qabaqcıl təcrübənin öyrənilməsi məsələləri müzakirə edilib, keçirilən görüşlərin səmərəliliyi qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR