Azərbaycanlı minatəmizləyənlər dünyanın istənilən yerində çalışa biləcək

Azərbaycanlı minatəmizləyənlər dünyanın istənilən yerində çalışa biləcək
# 28 noyabr 2023 12:51 (UTC +04:00)

Sertifikat alan minatəmizləyənlərimiz akkreditasiyadan keçdikdən sonra dünyanın istənilən yerində işləyə bilərlər.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, treninq mərkəzlərində beynəlxalq minatəmizləmə standartlarına uyğun minatəmizləyənlər hazırlanır:

"Həm kişilər, həm qadınlar dünyanın istənilən ölkəsində akrredasiyadan keçdikdən sonra işləyə bilərlər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR