Bank Of Baku

Daxili Qoşunların Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir

Daxili Qoşunların Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir
# 14 avqust 2023 10:44 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir.

Dövlət İmtahan Mərkəzindən APA-ya bildirilib ki, müsabiqədə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olmaq üçün mandatdan keçib III ixtisas qrupu üzrə imtahan vermiş, lakin test imtahanının nəticəsinə əsasən, müsabiqədən keçməmiş 300 və daha yuxarı bal toplamış abituriyentlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 14 – 15 avqust tarixlərində Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı ş., Binəqədi rayonu, Q.Musabəyov küç.,4) müraciət etməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR