Bank Of Baku

Fransaya görə Azərbaycanın Hərbi Doktrinasına dəyişiklik etmək təklif olunub

Milli Məclisin binası

© APA | Milli Məclisin binası

# 06 iyul 2023 11:12 (UTC +04:00)

“Azərbaycan Respublikasının Hərbi doktrinası”nın 75-ci maddəsində göstərilir ki, müəyyən dəyişikliklərin edilməsi mümkündür.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşir deyib.

Deputat bildirib ki, artıq Azərbaycan torpaqlarını işğaldan azad edib və “Azərbaycan Respublikasının Hərbi doktrinası”nda dəyişikliklərin vaxtıdır: “Artıq Azərbaycana qarşı olan təhlükələr də dəyişib.

Əksər ölkələrin hərbi doktrinaları hər il, iki ildən bir dəyişir. Azərbaycanın da yeni dəyişən dünyada yeni reallıqlara uyğun hərbi doktrinasına dəyişikliklər edilməsi lazımdır. Azərbaycana təhlükə olan ölkələrin adı da Hərbi doktrinada yer alsın. Məsələn, Fransa. Hərbi Doktrinanın 14,15 və 16-cı maddələrində dəyişiklik edilməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR