Bank Of Baku

Gəncədə Silahlı Qüvvələr Günü münasibətilə sərgi keçirilib - FOTO

Gəncədə Silahlı Qüvvələr Günü münasibətilə sərgi keçirilib - FOTO
# 24 iyun 2023 18:27 (UTC +04:00)

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105-ci ildönümü ilə əlaqədar Gəncədə sərgi keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, sərgi Heydər Əliyev Park kompleksində təşkil edilib. Sərgidə Azərbaycan Silahlı Qüvvələrin arsenalına daxil olan zirehli maşınlar, iri hərbi texnika, həmçinin qumbara, mina atanlar, pilotsuz uçuş aparatları nümayiş etdirilib. Həmçinin hərbiçilərin geyimləri, gündəlik qidalarını əks etdirən stendlər quraşdırılıb.

Qeyd edək ki sərgidə şəhər rəhbərliyi, Quru Qoşunlarının komandanı Ənvər Əfəndiyev və şəhər sakinləri iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR