Bank Of Baku

İQ: İtkin düşənlərin yaxınlarından bioloji nümunələrin toplanmasına 2014-cü ildən başlanıb

İQ: İtkin düşənlərin yaxınlarından bioloji nümunələrin toplanmasına 2014-cü ildən başlanıb
# 18 sentyabr 2023 16:59 (UTC +04:00)

Müəyyən səbəblərdən layihədən kənar qalan ailələr üzrə bioloji nümunələrin götürülməsi işi Azərbaycanın müvafiq qanunvericiliyinə dair müəyyən edilmiş silahlı münaqişə ilə əlaqədar itkin düşmüş şəxslərə aid meyit qalıqlarının molekulyar-genetik analizlərini həyata keçirən müvafiq qurum tərəfindən davam etdirilir.

APA xəbər verir ki, bunu “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

Qeyd olunub ki, I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələrin toplanması işinə 2014-cü ildən etibarən başlanılıb. Koronavirus pandemiyası ilə bağlı bu işdə fasilə yaransa da, Dövlət Komissiyasının sədri Əli Nağıyevin tapşırığı ilə 2021-ci ilin ortalarından DNT nümunələrinin toplanması işi davam etdirilib və ötən ilin sonunda layihə başa çatıb.

Proses zamanı ümumilikdə 3492 itkinin ailə üzvlərindən 10805 bioloji nümunə toplanaraq aidiyyəti üzrə təhvil verilib. Bioloji nümunələrin hamısından ötən il ərzində DTX-nin Hərbi hospitalında yeni yaradılmış genetik laboratoriyada DNT profilləri çıxarılaraq arxivləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR