Azərbaycanın işğal olunmuş ərazilərinin düşmən əsarətindən azad edilməsindən sonra aparılan araşdırma və tapıntılar nəticəsində mina ilə çirklənən ərazilərin sahəsinin nəzərdə tutulandan daha böyük olması müəyyən edilib.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov "Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” mövzusunda beynəlxalq texniki konfrans zamanı deyib.
O bildirib ki, təyinat yeri müəyyən edilməmiş minalar və müharibənin partlayıcı qalıqları vətəndaşlarımızın rifahı və yerlə-yeksan edilmiş işğaldan azad olunmuş ərazilərin davamlı inkişafı üçün ciddi problemlərin yaranmasına səbəb olur.