Bank Of Baku

MN: Qeyri-qanuni erməni silahlı dəstələri Ağdamda fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər

MN: Qeyri-qanuni erməni silahlı dəstələri Ağdamda  fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər
# 19 iyul 2023 09:25 (UTC +04:00)

İyulun 18-i saat 21:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR