Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən Rusiya sülhməramlı kontingentinə məxsus mövqeyin atəşə tutulması barədə yayılan məlumatlar tamamilə yalandır, dezinformasiya xarakteri daşıyır.
Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.
Nazirlik yayılan bu məlumatı qəti surətdə təkzib edib.