Bank Of Baku

Nazir: Azərbaycan Ordusunda Türkiyə modeli əsasında görülən işlərdə nailiyyətlər qazanılıb

Nazir: Azərbaycan Ordusunda Türkiyə modeli əsasında görülən işlərdə nailiyyətlər qazanılıb
# 16 iyun 2023 14:53 (UTC +04:00)

Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modeli əsasında inkişaf etməsi, ordu quruculuğu istiqamətində aparılan islahatlar nəticəsində müəyyən nailiyyətlər qazanılıb.

APA xəbər verir ki, bu barədə müdafiə naziri Zakir Həsənov nazirlikdə keçirilən kollegiya iclasında deyib.

Müdafiə naziri giriş nitqində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modeli əsasında inkişaf etməsi ordu quruculuğu istiqamətində aparılan islahatların müsbət nəticəsinin göstəricisidir fikirlərini xüsusilə vurğulayıb.

Zakir Həsənov bildirib ki, bu sahədə cari ilin birinci yarısında görülən işlər nəticəsində artıq müəyyən nailiyyətlər qazanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR