Bank Of Baku

Şəhid hərbi pilot Rəşad Atakişiyevin məzarı ziyarət edilib - FOTO

Şəhid hərbi pilot Rəşad Atakişiyevin məzarı ziyarət edilib - FOTO
# 24 iyul 2023 16:39 (UTC +04:00)

Təlim-məşq zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin hərbi pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasının 4-cü ildönümü ilə əlaqədar müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov və bir qrup hərbi qulluqçu İkinci Şəhidlər xiyabanını ziyarət edib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Şəhid hərbi pilotumuzun məzarı ziyarət olunub, üzərinə əklillər qoyulub, xatirəsi ehtiramla yad edilib.
Anım mərasimində polkovnik-leytenant R.Atakişiyevin şərəfli döyüş yolundan, vətənpərvərliyindən, yüksək peşəkarlığından, döyüş əzmindən və bir zabit olaraq milli-mənəvi dəyərlərimizə bağlılığından söhbət açılıb.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR