Bank Of Baku

Vesti.az: 44 günlük müharibədən sonra separatçılar Qarabağda yarım milyon mina basdırıb

Vesti.az: 44 günlük müharibədən sonra separatçılar Qarabağda yarım milyon mina basdırıb
# 10 oktyabr 2023 14:30 (UTC +04:00)

İkinci Qarabağ müharibəsindən sonrakı üç il ərzində erməni separatçıları Qarabağda 500 min mina basdırıblar.

APA xəbər verir ki, bu barədə Vesti.az mənbəyə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, separatçılar 480 km uzunluğunda yeni təmas xətti yaratmağa cəhd ediblər. Üç il ərzində onlar həmin xətt üzrə 519 yeni döyüş postu yaradıblar.

Qeyd edək ki, 10 noyabr 2020-ci ildən 6 oktyabr 2023-cü ilədək Qarabağ və Şərqi Zəngəzurda 191 mina partlayışı baş verib, nəticədə 329 Azərbaycan vətəndaşı mina qurbanı olub, onlardan 63-ü həlak olub. Ölənlərin 48-i mülki, 15-i isə hərbçi olub.

Xatırladaq ki, Ermənistan işğal olunmuş ərazilərdə bir milyondan çox mina basdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR