Xəzərdə Azərbaycan-Qazaxıstan birgə təlimində hərbi gəmilərin məşqi olub - VİDEO

Xəzərdə Azərbaycan-Qazaxıstan birgə təlimində hərbi gəmilərin məşqi olub - VİDEO
# 04 oktyabr 2023 16:04 (UTC +04:00)

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə keçirilən "Xəzri-2023" birgə taktiki təlimi davam edir.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, plana uyğun olaraq hərbi gəmilərin təlim rayonlarında digər qoşun növləri ilə qarşılıqlı əlaqədə bir sıra tapşırıqları məşq etdirilib.
"Xəzri-2023" birgə taktiki təlimində hər iki ölkənin hərbi dənizçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər.

Qeyd edilib ki, oktyabrın 8-dək davam edəcək təlimdə İran İslam Respublikasının HDQ-nin nümayəndə heyəti müşahidəçi qismində iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR