Bank Of Baku

Rusiya aviaşirkəti Novosibirskdən Bakıya birbaşa reys açır

Rusiya aviaşirkəti Novosibirskdən Bakıya birbaşa reys açır
# 08 fevral 2024 14:23 (UTC +04:00)

Rusiyanın “S7 Airlines” aviaşirkəti Novosibirskdən Bakıya birbaşa müntəzəm reys açır.

APA-Economics”in Rusiya mətbuatına istinadən məlumatına görə, “S7 Airlines” aviaşirkəti bu istiqamət üzrə artıq aviabiletlərin satışına başlayıb. İlk uçuş martın 7-də həyata keçiriləcək.

Qeyd olunur ki, martın sonunadək uçuşlar həftədə bir dəfə, aprelin 3-dən isə həftədə iki dəfə həyata keçiriləcək.

Uçuşlar “Ekonom” sinifdə 174 sərnişini qəbul edə bilən “Airbus A320” təyyarəsi ilə həyata keçiriləcək. Səyahət vaxtı təxminən 4,5 saatdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR