Bakı sakini silahını polisə təhvil verib.
APA-nın məlumatına görə, Nardaran sakini, 1986-cı il təvəllüdlü S. Babayev atasından qalan “İJ-40” markalı tapançanı 43 ədədə patronu ilə birlikdə Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis bölməsinə təhvil verib.
Qeyd edək ki, S. Babayev əvvəllər məhkumluq həyatı yaşayıb.