Rusiya və İran arasında nüvə enerjisi sahəsində əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə olunub

Rusiya və İran arasında nüvə enerjisi sahəsində əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə olunub
# 20 yanvar 2017 04:47 (UTC +04:00)

Rusiya və İran arasında nüvə energetikası sahəsində əməkdaşlığın genişləndirilməsi barədə memorandumun reallaşdırılmasına dair yol xəritəsi imzalanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın “Rosatom” dövlət korporasiyasından bildirilib.

Yol xəritəsi Moskvada “Rosatom”un baş direktorunun müavini Nikolay Spasski və İranın Atom Enerjisi Təşkilatının vitse-prezidenti Bəhruz Kamalvəndi tərəfindən imzalanıb.

Memorandumun özü 2014-cü ilin noyabrın 11-də Moskvada imzalanıb.

Qeyd edək ki, “Rosatom” İranda bir neçə yeni layihə reallaşdırmaq niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR