Bank Of Baku

«PAŞA Həyat Sığorta» şirkəti yeni icbari sığorta növü üzrə 4,3 mln. manatdan artıq vəsait toplayıb

«PAŞA Həyat Sığorta» şirkəti yeni icbari sığorta növü üzrə 4,3 mln. manatdan artıq vəsait toplayıb
# 23 may 2011 14:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «PAŞA Həyat Sığorta» şirkəti 2011-ci ilin mayın 1-dək «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə 4,3 mln. manatdan artıq sığorta haqqı toplayıb. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov bildirib.

N.İsmayılovun sözlərinə görə, şirkət bu ilin fevral ayında fəaliyyətə başlayıb və may ayının 1-dək bu sığorta növü üzrə müəssisə və təşkilatlarla 220-dən çox sığorta müqavilələri bağlayıb.

N.İsmayılov bildirib ki, ümumiyyətlə qeyd olunan dövrdə şirkətin ümumi sığorta haqlarının həcmi 4,5 mln. manatdan çox olub. Bu sığorta növünün məcmu daxilolmalarda xüsusi çəkisi isə 96% təşkil edib. Vəsaitlərin qalan hissəsi isə «Vacib şəxslərin həyat sığortası» və «Kredit götürən şəxsin həyat sığortası» növlərinin payına düşüb.

Qeyd edək ki, «PAŞA Həyat Sığorta» şirkəti 2010-cu ilin noyabrın 24-də dövlət qeydiyyatına alınıb, bu ilin fevralın 14-də sığorta fəaliyyətinə lisenziya (5 illik) alıb. Cari ilin martın 1-nə şirkətin nizamnamə kapitalı 7 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR