Bank Of Baku

«Amrahbank» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayıb

«Amrahbank» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayıb
# 23 may 2011 14:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gündən Azərbaycanın «Amrahbank» ASC-nin qeydiyyat nömrəsi AZ100100516P olan adi sənədsiz adlı səhmlər emissiyasının Bakı Fond Birjasında yerləşdirilməsinə başlanılıb. Birjadan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 100 manat, sayı 3 191 ədəd, emissiyanın ümumi həcmi isə 319,1 min manat təşkil edir. Yerləşdirmə zamanı anderrayter qismində «Chelsea Capital» MMC çıxış edir.

Yerləşdirmə tam başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 2,2% artaraq 14 706 100 manata çatacaq.

Qeyd edək ki, təsisçisi 5 yerli fiziki şəxs (51%) və Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Amrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə bankın aktivləri 74,890 mln. manat, kredit portfeli 48,858 mln. manat, depozit portfeli 41,994 mln. manat, məcmu kapitalı 21,921 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR