Bank Of Baku

«Azərkosmos» nizamnamə kapitalını formalaşdırır

«Azərkosmos» nizamnamə kapitalını formalaşdırır
# 24 may 2011 13:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Azərkosmos» ASC-nin 40 mln. manat həcmində adi sənədsiz adlı səhmlərinin (AZ100100929P seriyası) emissiya prospektini dövlət qeydiyyatına alıb. Komitədən «APA-Economics»ə verilən məlumata görə, bir səhmin nominal dəyəri 20 manat təşkil edir, səhmlərin ümumi sayı 2 mln. ədəddir. Səhmlər qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.

«Azərkosmos» ASC Azərbaycan prezidentinin 3 may 2010-cu il tarixli sərəncamı ilə yaradılıb və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) tabeliyində fəaliyyət göstərəcək. «Azərkosmos»un əsas məqsədi kimi telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

«Azərkosmos»un icra orqanı olan İdarə Heyətinin tərkibi üç nəfərdən - Azərbaycan prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən ASC-nin sədri və RİTN tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən sədrin iki müavinindən ibarətdir. ASC-nin nizamnaməsi ötən ilin dekabrın sonunda Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Bu ilin yanvarında isə ölkə başçısının sərəncamı ilə ASC-nin sədri vəzifəsinə Rəşad Nəbi oğlu Nəbiyev təyin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR