Bank Of Baku

«Rabitəbank»ın aktivləri I rübdə 14% artıb

«Rabitəbank»ın aktivləri I rübdə 14% artıb
# 24 may 2011 14:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Rabitəbank» ASC-nin aktivlərinin həcmi 2011-ci il aprelin 1-nə 123,062 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 14,3% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 10,6% artaraq 85,652 mln. manata, depozit portfeli 26,7% artaraq 70,412 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 6,7% artaraq 14,112 mln. manat, o cümlədən nizamnamə kapitalı 1,03% artaraq 10,103 mln. manat təşkil edib.

Bundan başqa, bu müddət ərzində bankın cəmi müştərilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6% artaraq 37 851-ə, o cümlədən fiziki şəxslərin sayı 10% artaraq 37 004-ə, hüquqi şəxslərin sayı isə 6,1% azalaraq 847-yə çatıb.

Eyni zamanda, bankın işçilərinin sayı 6,5% artaraq 359 nəfər, orta aylıq əmək haqqı isə 8% artaraq 665 manat təşkil edib.

Xatırladaq ki, «Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR