Bank Of Baku

Koreya Birjasının nümayəndələri Bakıda səfərdədir

Koreya Birjasının nümayəndələri Bakıda səfərdədir
# 25 may 2011 07:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Koreya Birjası Biznesin qlobal inkişafı Departamentinin direktoru Honq-Hi Şinin başcılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri başlayıb. Azərbaycan Qiymətli Kağızlar Komitəsinin ictimaiyyətlə əlaqələr sektorundan «APA-Economics»ə verilən məlumata görə, mayın 27-dək davam edəcək səfər çərçivəsində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Bakı Fond Birjası və Milli Depozit Mərkəzində koreyalı mütəxəssislərlə görüşlər keçiriləcək.

Qeyd edək ki, səfərin məqsədi iki ölkə arasında fond bazarlarında əməkdaşlıq istiqamətlərinin müzakirəsi, təcrübə və informasiya mübadiləsi, habelə qarşılıqlı investisiya imkanlarının müəyyən edilməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR